Avtomobilin mühərrikinə girən zəhərli ilan QORXULU ANLAR YAŞATDI - VİDEO
15-05-2023, 22:29

Balıkəsirdə Gömeç rayonunda mühərrik bölməsinə girən zəhərli ilan qorxulu anlara səbəb olub.

AZİNFORM.AZ-ın məlumatına görə, təxminən metr yarım uzunluğunda olan ilan yanğınsöndürənlər tərəfindən çıxarılaraq təbii mühitə buraxılıb.

Məlumata görə, hadisə Karaağaç rayonu İsmət İnönü küçəsində baş verib. 10 BEG 94 nömrəli avtomobilin sahibi avtomobilə mindiyi zaman mühərrik hissəsinin havalandırma hissəsində ilanı görüb və böyük çaxnaşma yaşayaraq yanğınsöndürənlərə məlumat verib.

Xilasetmə qrupları lazımi təhlükəsizlik tədbirlərini dərhal aldıqdan sonra mühərrik hissəsində gizlənmiş ilanı çıxarmağı bacarıb. Uzunluğu metr yarıma yaxın olan ilanın zəhərli olduğu öyrənilib. Daha sonra ilan yanğınsöndürənlər tərəfindən təbiətə buraxılıb.

AZİNFORM.AZ sözügedən görüntüləri təqdim edir:






up