40 yaşlı qadın KABUS YAŞADI: Əvvəl döyüldü, sonra avtomobillə...
2-08-2023, 09:16

Bakının Nizami rayonunda döyülmə və avtomobillə qəsdən xəsarət yetirmə hadisəsi baş verib.

AZİNFORM.AZ report-a istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Familə Mustafayeva sərxoş vəziyyətdə tanıdığı kişi tərəfindən döyülüb, daha sonra qadını döyən şəxs onu öz avtomobili ilə vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.





up