Bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cəlilabad rayonunda aparılan əməliyyat zamanı saxlanılan bəzi şəxslərin adları məlum olub.
AZİNFORM.AZ eport-a istinadən xəbər verir ki, saxlanılanların Cəlilabad rayon Bələdiyyələri Əlaqələndirmə Şurasının və Cəlilabad şəhər bələdiyyəsinin sədri Mehdi Kərimov, Cəlilabad Rayon İcra Hakimiyyətinin baş memarı Sahil Qənbərli və "Azərişıq" ASC-nin Cəlilabad şöbəsinin rəisi Səttar Heydərov olduğu bildirilir.
19:00
Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsi Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçirir.
AZİNFORM.AZ apa-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində rayonun baş memarı və bələdiyyə sədri Korrusiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.