Bakıda mənzildə yanğın oldu, sakinlər təxliyə olundu
25-07-2023, 21:56

Bakıda mənzildə yanğın olub, sakinlər təxliyə olunub.

Bu barədə AZİNFORM.AZ-a FHN-dən bildirilib.

Belə ki, Yasamal rayonunda ümumi sahəsi 88 m² olan 3 otaqlı mənzilin mətbəxində mebel 0,5 p.m və 1 ədəd paltaryuyan maşın yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 9 nəfər bina sakini təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.





up