Bakıda ikimərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZİNFORM.AZ-a verilən məlumata görə, hadisə Nizami rayonu, Ə.Əzimzadə küçəsində baş verib. Hadisə yerinə Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. İkinci mərtəbədə yerləşən mənzilə qatı tüstü dolması səbəbindən 3 nəfərin mənzili tərk edə bilməməsi və həyati təhlükə ilə üz-üzə qalması müəyyən edilib.
Yanğınsöndürənlər dərhal mənzilin pəncərəsinin dəmir barmaqlıqlarını kəsərək mənzilə daxil olub və biri azyaşlı olmaqla 3 nəfər vətəndaşı xilas ediblər. Eyni zamanda, yanğın genişlənməsinə, eləcə də qonşu mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bundan əlavə, təhlükəsizlik tədbirləri çərçivəsində 2 nəfər bina sakini təxliyə edilib.
Yanğın nəticəsində ikimərtəbəli taxta konstruksiyadan ibarət yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120m² olan dördotaqlı mənzilin mətbəxinin və bir otağının yanar konstruksiyaları 15m² sahədə, sanitar qovşağının lambir materialdan ibarət tavanı 4m² sahədə yanıb. Yüksək temperaturdan dəhlizin və otaqların divarları deformasiya edib.
Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib