Ürək dağlayan OLAY: Ana 5 uşağını atıb getdi
21-07-2023, 22:02

Baxımsız qalan 5 azyaşlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.

AZİNFORM.AZ
xəbər verir ki, bu barədə İctimai Birliyin rəhbəri Mehriban Zeynalova məlumat verib.

O, qeyd edib ki, uşaqların baxımsız, nəzarətsiz olduğunu və təhsildən yayındıqlarını qonşuları bildirib:

“Hazırda uşaqlar sığınacaqdadırlar və bütün ehtiyacları qarşılanıb. Dövlət qurumları qiymətləndirmə etdikdən sonra uşaqların hələki anada qalmasını məqsədəuyğun hesab etməyiblər Atalarının isə harda olduğu naməlumdur”, - deyə Mehriban Zeynalova əlavə edib. /bizim.media/





up