Alyaskada 7,4 ballıq zəlzələ: Sunami xəbərdarlığı edildi
16-07-2023, 13:34

Alyaskada 7,4 maqnitudalı zəlzələ olub.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri minə yaxın insanın yaşadığı Sand-Point yaşayış məntəqəsindən 106 km cənubda yerləşib.
Yeraltı təkanın ocağı 9,3 km dərinlikdə olub.

Bölgədə sunami təhlükəsi elan olunub.





up