DİGƏR XƏBƏRLƏR
Türkiyədə məşhur Tiktok fenomeni olan Sadık Dedecan faciəvi şəkildə dünyasını dəyişib.
AZİNFORM.AZ Türkiyə mətbuatına istinadla xəbər verir ki. hadisə Şanlıurfada baş verub. Belə ki, 35 yaşlı Tiktok fenomeni iş yerində açıq qalan elektrik kabelinə dəyməsi nəticəsində ağır yaralanıb.
Hadisə yerinə gələn təcili yardım tərəfindən ilk müdaxilədən sonra Dedecan, Balıklıgöl Dövlət Xəstəxanasına aparılıb. Verilən məlumata görə, bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Sadık Dedecan işlədiyi geyim mağazasında çəkdirdiyi videolarla Tiktok platformasında məşhurlaşıb. /bakıvaxtı.az/