İstanbulda güclü partlayış baş verdi: 3 nəfər yaralandı - VİDEO
4-07-2023, 22:39

Saat 16:00 radələrində İstanbulun Çekmeköy səmtində Şahinbəy küçəsində 4 mərtəbəli binanın birinci mərtəbəsində partlayış baş verib.

AZİNFORM.AZ-ın əldə etdiyi məlumata görə, təbii qazdan qaynaqlandığı ifadə edilən partlayışdan sonra yanğın baş verib. Ətrafdakı insanlar və bir müddət sonra gələn yanğınsöndürmə briqadası yanğına müdaxilə edib. 

Partlayışın baş verdiyi mənzildə əcnəbi əsilli qadının yaşadığı bildirilib. Partlayış nəticəsində yaralanan 3 nəfər təcili yardımla xəstəxanaya aparılıb.






up