Rusiyada13 nəfər ayı ətindən zəhərlənib - FOTO
4-07-2023, 01:18

Trans-Baykal diyarında 13 nəfər ayı ətindən zəhərlənib. Bu barədə Mash teleqram kanalı məlumat yayıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə RİA Novosti regional hökumətə istinadən məlumat yayıb. 

Kuanda kəndinin sakinləri ayı əti yedikdən sonra xəstələniblər. 11 nəfər yerli MRX-da xəstəxanaya yerləşdirilib.  

İyunun sonunda Bratskda 100-dən çox insan şawarmadan zəhərlənib. Zərərçəkənlərdən bəziləri kəskin bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Regional Rospotrebnadzor bildirib ki, şawarma ilə kütləvi zəhərlənməyə salmonella səbəb olub.

Bundan əvvəl Novosibirskdə iki nəfərin naməlum maddə ilə zəhərlənərək ölməsi ilə bağlı iş açılıb. 





up