DİGƏR XƏBƏRLƏR
Xəzər dənizində baş verən zəlzələnin maqnitudası 5,7 bal təşkil edib.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seymoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, zəlzələ Azərbaycanın bir sıra rayonlarında, həmçini paytaxt Bakıda da hiss olunub.
Zəlzələdən bir neçə saniyə öncə bəzi android istifadəçilərinin telefonuna bildiriş də gəlib.
Dağıntı və itkilər barədə məlumat yoxdur.