DİGƏR XƏBƏRLƏR
ABŞ-da bir qadın öz toyunda dul qalıb. Onun əri nikah qeydə alındıqdan təxminən 10 dəqiqə sonra dünyasını dəyişib.
AZİNFORM.AZ lent.az-a istinadən bildirir ki, 48 yaşlı Toraz Davis öz toyunda qan laxtalanması səbəbindən ölüb. Qonaqların sözlərinə görə, bu, məclis başlayandan təxminən bir saat sonra, cütlük münasibətlərini yenicə qanuniləşdirən zaman baş verib.
Davisin ölümündən sonra ailəsi və tanışları cənazə xərclərini ödəmək və iki uşaqla qalan kişinin dul arvadına maddi dəstək göstərmək üçün ianə toplayıblar.