Qazinin çənəsini qıran idmançı ilə bağlı məhkəmə QƏRAR VERDİ - VİDEO
23-06-2023, 11:30

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevə işinin icrası zamanı xəsarət yetirən idmançı Rəvan Nəbizadə azadlığa buraxılıb.

AZİNFORM.AZ xəbər verir ki, R.Nəbizadə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Prokuror qərardan narazı qalaraq protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib. Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatına görə, sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün komissiyaya gələn Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib. N.Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq izahat verən zaman R.Nəbizadə ona yumruq zərbələri ilə ağır bədən xəsarəti yetirib. N.Babayevin çənə sümüyü sınıb, dişləri qırılıb.





up