Qazinin çənəsini sındıran Rəvan Nəbizadə kimdir? - VİDEO
6-05-2023, 22:52

Xəbər verdiyimiz kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb.

AZİNFORM.AZ
yenisabaha-a istinadən xəbər ki, nəticədə Namiq Babayevin çənə sümüyü 2 yerdən sınaraq, dişləri qırılıb və hazırda tibb müəssisəsində müalicə olunur, əməliyyat olunacaq.


Hadisəni törədən Rəvan Nəbizadə ilə bağlı kiçik araşdırma apardıq. Nəbizadə Rəvan Fikrət oğlu 1994-cü ildə Bakı şəhərində anadan olub. Uşaq yaşlarından idmanla məşğul olan Rəvan dəfələrlə yüksək nəticələr əldə edib. Əslən Quba rayonu Uzunmeşə kəndindəndir. Peşəkar boksla məşğul olub. Ağır çəkidə mübarizə aparan idmançı ötən il türkiyəli Akın İskəndərlə görüşdə rəqibini ikinci raundda nakautla məğlub edib.


Həmin görüntüləri təqdim edirik:





up