Öz cənazəsinə helikopterlə gəldi: Qəribə hadisə ŞOK ETDİ
14-06-2023, 23:03

Belçikada 45 yaşlı David Baerten qeyri-adi planı ilə sosial şəbəkədə gündəmə səbəb olub.

AZİNFORM.AZ xarici KİV-ə istinadla xəbər verir ki, David özünü ölü göstərərək ailəsinin reaksiyasını bilmək istəyib.

Belə ki, həyat yoldaşı və övladları da bu plana daxil olub. Qızlarından biri sosial şəbəkədə “Rahat yat, ata. Sənin haqqında daima düşünəcəyəm” qeydini yazaraq izləyicilərini aldatmağa başlayıb.

Plana davam edən ailə ötən həftə sonu dəfn mərasimi keçirib və Davidin qohumları mərasimə qatılıb. Həmin zaman bir helikopter dəfn yerinə enib. Helikopterin içində Davidin özü olub. Yanında çəkiliş qrupu ilə öz dəfn mərasiminə dramatik bir giriş edən David həmin anları 162 min izləyicisi olan tiktok hesabında paylaşıb.

David “The Times” açıqlamasında bildirib ki, belə etməyinə səbəb qohumlarının onunla əlaqəni kəsmələri və onun ölümünə necə reaksiya verəcəklərini görmək istəməsi olub.

“Valideynlərimin etdikləri məni hər zaman incidir. Məni heç nəyə dəvət etmirlər. Heç kim məni görmür. Hamımız ayrı böyümüşük. Mən özümü əhəmiyyətsiz hiss edirdim. Ona görə də onlara həyat dərsi vermək və onlara göstərmək istədim ki, görüşmək üçün kiminsə ölməsini gözləməyin”, - deyə o əlavə edib.

David helikopterdən endiyini görən ailə üzvləri qaçaraq onu qucaqlayıb, bəziləri isə ağlamağa başlayıb. /paralel.az/ 





up