Şadlıq sarayında xoşagəlməz hadisə: Qonaqlar zəhərlənməmək üçün mərasimi tərk etdilər...
4-06-2023, 17:45

Bu gün Bakıda Nizami rayonu Çobanzadə küçəsində yerləşən "Qrand Opera" şadlıq sarayında xoşagəlməz hadisə baş verib.

Belə ki, toy mərasimi başlayar başlamaz şadlıq sarayının hər 3 mərasim zalında işıqlar sönüb və qonaqlar bir neçə saat qaranlıqda mobil telefonlarının işığı vasitəsilə məclisi birtəhər yola verməyə çalışıblar.

Təxminən 2 saatdan sonra şadlıq sarayına verilən elektrik enerjisi bərpa olunsa da bu dəfə də şadlıq sarayının salonlarını kəskin iyli tüstü bürüyüb və qonaqlar zəhərlənmə təhlükəsi ilə üzləşməmək üçün mərasimi yarımçıq tərk etmək zorunda qalıblar. 

Hadisənin səbəbi barədə hələlik məlumat verilməyib. /moderator.az/





up