Rusiyadan Türkiyəyə uçan təyyarə kursu qəflətən dəyişdi
2-06-2023, 16:56

Rusiyanın “Red Wings” aviaşirkətinin Türkiyəyə uçan təyyarəsi istiqamətini qəfil dəyişməli olub.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə “Aviaincident” Telegram kanalı yazıb.

İyunun 1-də Ramenskoye - Antalya marşrutu ilə hərəkət edən laynerdə gözlənilməz vəziyyət yaranıb . Uçuş zamanı ekipaj üzvlərinə bir uşağın halının pisləşdiyi bildirilib. Bundan sonra təyyarənin kapitanı ən yaxın hava limanına enməyə qərar verib.

Nəticədə təyyarə Samara hava limanına məcburi eniş edib. Laynerin enişinin uğurlu olduğu qeyd edilir. Uşağın vəziyyəti barədə məlumat verilmir. /publika.az/





up