AĞIR YOL QƏZASI - ÖLÜ VƏ YARALILAR VAR
30-05-2023, 23:32

Xocalıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AZİNFORM.AZ xəbər verir ki, ilkin araşdırmalar zamanı məlum olub ki, 1970-ci il təvəllüdlü Füzuli rayon sakini Namiq Hüseynov idarə etdiyi HOVO markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobil yol kənarındakı meşə massivindəki ağaclara çırpılıb.

Hadisə nəticəsində sürücü, sərnişinlər- Yardımlı rayon sakini 1970-ci il təvəllüdlü İlqar Əzizov, 1970-ci il təvəllüdlü Ağdaş rayon sakini Məzahir Baxışov və Ucar rayon sakini, 1995-ci il təvəllüdlü Vüqar Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Digər sərnişin, 1969-cu il təvəllüdlü Cəlilabad rayon sakini Loğman Ərəbov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

 





up