DİGƏR XƏBƏRLƏR
Cənubi Koreyanın “Asiana Airlines” aviaşirkətinə məxsus təyyarə ölkənin Daegu şəhərinə uçuş həyata keçirərkən insident yaşanıb.
AZİNFORM.AZ sfera.az-a istinadən xəbər verir ki, təyyarənin havada olarkən qapısı açılıb. Hadisə hava limanına yaxın məsafədə qeydə alınıb.
Pilotlar təyyarəni uğurla yerə endirməyə nail olub. Ciddi xəsarət alan olmasa da, 9 nəfər tənəffüs problemləri ilə bağlı xəstəxanaya yerləşdirilib. Aviaşirkət nümayəndəsi qapının hansı səbəbdən açılması ilə bağlı araşdırma aparıldığını bildirib.
Ümumilikdə təyyarədə 194 sərnişin olub.