Peruda təyyarə havaya qalxdıqdan dərhal sonra alışdı
12-05-2022, 02:25

Peruda “United Airlines”a məxsus təyyarə havaya qalxdıqdan dərhal sonra alovlanıb.

“Boeing 767-322ER”da baş verən insident sərnişinlərdən biri tərəfindən lentə alınıb.

Hadisə Lima hava limanında yaşanıb.

Pilotlar geri dönərək təyyarəni sürətlə uçuş-eniş zolağına endirə biliblər.

Hadisə nəticəsində xəsarət alan olmayıb.


                  AZİNFORM.AZ





up