Bu qadını görənlərin nəzərinə - Dərhal polisə zəng edin... - FOTO
18-05-2023, 22:12

Biləsuvar sakini itkin düşüb.

AZİNFORM.AZ bildirir ki, Biləsuvar şəhəri Salatın Əsgərova küçəsində yaşayan 1997-ci il təvəllüdlü Günel Şaiq qızı Hüseynzadə mayın 12-də, saat 18-19 radələrində yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib. Bundan sonra onu görən olmayıb. Bu barədə onun yaxınları məlumat verib.

G. Hüseynzadınin boyu 1.65 santimetr, gözləri qəhvəyi, qara saçlı, orta bədən quruluşludur. Evdən çıxarkən əynində göy cins şalvar, bənövşəyi kofta, qara krasofka, başı qara hicablı olub.

Onu görənlərdən DİN-in 102 xidmətinə və 050 491 55 84 nömrəsinə zəng vurub məlumat vermələri xahiş olunur.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, qadının tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, G. Hüseynzadənin iki övladı var.









up