Bacısının həyatına son qoyub həyətdə basdırdı - 20 il sonra tutuldu
12-05-2023, 00:57

Naxçıvan MR Daxili İşlər Nazirliyi və Naxçıvan MR Prokurorluğu əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Ordubad rayonu Xurs kənd sakini E.Tarverdiyevin bacısını 2003-cü ilin avqust ayında öldürüb həyətyanı sahədə basdırması müəyyən edilib.

AZİNFORM.AZ-a bu barədə DİN-in mətbuat xidmətindən xəbər verilib.

Məlumata görə, E.Tarverdiyev tutularaq istintaq təhvil verilib.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.





up