Türkiyə-İran sərhədində baş verən zəlzələ Naxçıvanda da HİSS EDİLDİ
11-05-2023, 21:28

Türkiyə-İran sərhədində baş verən zəlzələ Naxçıvanda da hiss edilib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 20:17-də Heydərabad stansiyasından 30 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələ Heydərabad, Sədərək və Şahbuz rayonlarında 3 bala qədər hiss olunub.





up