Generalın oğlu Moskvada saxlanıldı - İnterpol axtarışa vermişdi
1-05-2023, 20:12

Moskvada İnterpolun tələbi ilə Xarici Kəşfiyyat Xidmətinin generalının oğlu saxlanılıb.

AZİNFORM.AZ “Lenta.ru”ya istinadən xəbər verir ki, rusiyalı milyarder Aleksey Korotayev İnterpolun sorğusu əsasında Moskvada saxlanılıb.


Məlumata görə, 36 yaşlı Korotayev aprelin 27-də axşam metronun Kutuzovskaya stansiyasında saxlanılıb. Onun kimliyi üztanıma sistemi olan kamera tərəfindən müəyyən edilib.

Aleksey Korotayev İsveçrənin sorğusu ilə İnterpol tərəfindən axtarışa verilib, o, dələduzluqda və etimadın pozulmasında şübhəli bilinir. 2017-ci ildə maliyyə fırıldaqlarında və 18 milyon avroluq çekin qanunsuz imzalanmasında ittiham olunur. BƏƏ-də üç il müddətinə azadlıqdan məhrum edilib. Altı aydan sonra iki min avro cərimə ödəyərək, həbsdən çıxıb.


Onun Xarici Kəşfiyyat Xidmətinin generalı Aleksey Korotayevin oğlu olduğu məlum olub.





up