DİGƏR XƏBƏRLƏR
Aprelin 18-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZİNFORM.AZ-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən sürücü, Bakı şəhər sakini Cavid Əliyevin avtomobili sənədsiz və narkotik vasitələrin təsiri altında idarə etməsi müəyyən olunduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib edilib.
Sabunçu rayon məhkəməsinin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.