Akrobat yüksəklikdən yerə çırpılaraq öldü - VİDEO
18-04-2023, 18:57

Çinin Anhui əyalətində yerləşən Suçjou şəhərində çinli qadın akrobat nümayiş zamanı hündürlükdən yerə çırpılaraq ölüb.

AZİNFORM.AZ qafqazinfoya istinadən xəbər verir ki, hadisə tamaşaçılar tərəfindən lentə alınıb.

Akrobatlar ipin köməyi ilə metrlərlə havaya qalxan zaman Zang adlı kişi akrobatın Sunu ayaqları ilə tuta bilməyib və qadın hündürlükdən yıxılıb.

Qəzadan sonra xəstəxanaya aparılan qadının bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyəcəyi bildirilib.

Bildirilib ki, Zhang və Sun evlidir və iki övladı var.

Qeyd edək ki, akrobatlar daha çox pul qazanmaq üçün şou zamanı təhlükəsizlik kəmərindən istifadə etməyiblər.





up