Şəxsin xəstəxanada ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Qəbələ rayon prokurorluğundan AZİNFORM.AZ-a verilən məlumata görə, İsmayıllı rayon sakini, 1990-cı il təvəllüdlü Murad Süleymanlının yanvarın 14-də Qəbələ rayon Mərkəzi Xəstəxanasında ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı Murad Süleymanlının həmin xəstəxananın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin həkimləri tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
İbtidai istintaq davam edir.