Əsgərimizə işgəncə verən erməni barbarlar dindirildi
16-04-2023, 18:14

Zəngəzur rayonunun Açanan kəndi yaxınlığında silahsız və qolubağlı vəziyyətdə olan azərbaycanlı əsgərə işgəncə verərək vəhşiliklərini sosial şəbəkədə yerləşdirən Qor Ohancanyan və Levon Ayrapetyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılaraq dindirilib.

Bu barədə Qor Ohancanyan Ermənistan mətbuatına müsahibəsində bildirib.

O, işin təfərrüatları ilə bağlı dindirildiklərini xatırladıb və bundan əvvəl mediaya dediklərini təkrarlayıb. Ohancanyan azərbaycanlıdan götürülən telefonun Milli Təhlükəsizlik Xidmətində olduğunu qeyd edib və onun qətlə yetirilən 57 yaşlı gözətçiyə məxsus olduğuna bir daha həyasızcasına təkid edib.

Bildirilir ki, Milli Təhlükəsizlik Xidməti hələlik faktla bağlı cinayət işinin başlandığını açıqlamayıb.

AZİNFORM.AZ





up