İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran təxribatçı Aram Nikolyan, ehtimal ki, şantaj nəticəsində bu işi edib.
Nikolyanın yaxın çevrəsindən məlumatlı mənbə bildirib ki, çempionatın açılışının dizayneri o olub, bayraqdarın geyindiyi Azərbaycan bayrağı rənglərində tikilmiş paltarı şəxsən özü tərtib edib, tikdirib.
“Bu səbəbdən bayrağı yandırmağa cəhd etməsi təəccübləndirdi. Aram Nikolyan pul müqabilində Azərbaycan bayrağı rənglərində geyim tikməkdən qətiyyən şikayətçi və narazı olmayıb. Görülən işlərə görə də böyük qonorar alıb. Bəlkə də, Nikolyan hansısa dairələrin təzyiqi və şantajı nəticəsində bayrağın yandırılmasına gedib”, - deyə mənbə qeyd edib.
Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və .
Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün birgə bəyanat yayaraq idmançılarımızın təhlükəsiz şəraitdə nı qarşı tərəfdən tələb ediblər.
Mənbə: “@bagramyan26” “Telegram” kanalı