Azərbaycan Bayrağını yandıran erməniyə MƏHKƏMƏ ŞOK QƏRAR VERDİ - VİDEO
15-04-2023, 13:42

Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırılıb. Ermənistanın İstintaq orqanı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyanın hərəkətində cinayət tərkibinin olmadığını bildirib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə onun vəkili Aleksandr Qoçubayev məlumat verib.

"Çox yaxşı haldır ki, istintaqın ilkin mərhələsində istintaq orqanı cinayət tərkibinin olmadığını bildirib. İlkin məlumata görə, ona cinayət işi açılmayacaq" - o bildirib.

Vəkil əlavə edib ki, istintaq orqanı cinayət işinin başlanmaması barədə qərar qəbul edib və materiallar prokurorluğa göndərilib.





up