Bakıda bu qəsəbəni su basdı – VİDEO
8-04-2023, 12:17

Xəzər rayonu, Binə qəsəbəsində “Bakavtomat” deyilən ərazini qrunt suları basıb.

AZİNFORM.AZ “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, ərazidə kanalizasiya xətləri olmadığından qrunt suları məhəlləyə axır.

Bildirilib ki, küçə boyu rahatlıqla hərəkət etmək mümkünsüzdür.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirilib ki, qrunt sularının axıdılması və kənarlaşdırılması bu qurumun səlahiyyətləri çərçivəsində deyil. Qeyd olunan ərazidə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Fərdi yaşayış evlərinində formalaşan tullantı suları əhali tərəfindən kustar üsulla yaradılmış qurğulara axıdılır.

Daha ətraflı:





up