Bakıda marketdən 110 manatlıq içki oğurlandı - ANBAAN VİDEO
6-04-2023, 11:51

Bakıda marketlərin birində oğurluq hadisəsi qeydə alınıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə baku.ws-in "qaynar xətti"nə marketdən məlumat verib.

Oğurluq 5 aprel gecə saatlarında "Neftçilər" metrosunun yaxınlığında yerləşən marketdə qeydə alınıb.

Marketə daxil olan şəxs oradan 110 manatlıq spirtli içki oğurlayıb.

Görüntülər təhlükəsizlik kamerası tərəfindən anbaan lentə alınıb.





up