Bu ölkədə 7,8 bal gücündə ZƏLZƏLƏ OLDU
21-03-2023, 22:47

Özbəkistanda 7,8 maqnitudada zəlzələ olub.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Zəlzələ Qazaxıstanın cənubundakı şəhərlərdə hiss olunub.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozlaşdırma Monitorinqi Mərkəzinin məlumatına görə, yeraltı təkanların gücü Termezdə 6, Daşkənddə 5 maqnitudada olub.

Zəlzələnin episentri Daşkənddən 561 km cənub-şərqdə, Əfqanıstanla sərhəddə, 220 km dərinlikdə yerləşib.

Ölən və yaralananlar barədə məlumat yoxdur.





up