44 saniyəyə 5 kiloqram qızıl oğurladılar - ANBAAN VİDEO
10-03-2023, 12:46

Türkiyənin Tuzla rayonunda baş verən oğurluq hər kəsi təəccübləndirib.

AZİNFORM.AZ  xəbər verir ki, avtomobillə rayonun Aydınlı məhəlləsinə gələn 4 naməlum şəxs qızıl dükanından oğurluq ediblər.

Onlar 5 kiloqram zinət əşyası və 300 min lirə (26 900 AZN) götürərək dükandan qaçıblar.

Baş vermiş oğurluq hadisəsi təhlükəsizlik kamerası tərəfindən anbaan görüntülənib. Sözügedən şəxslərin qızılı və pulu cəmi 44 saniyəyə oğurladıqları məlum olub.

Polis oğruların 3-nü həbs edib.

AZİNFORM.AZ sözügedən görüntüləri təqdim edir:





up