Şahzadənin xanımı niyə hələ də eks-ərinin hədiyyə etdiyi zinət əşyasını taxır?
1-11-2022, 19:20

Meqan Markl niyə keçmiş ərinin "Cartier"dən ona hədiyyə etdiyi qolbağını hələ də taxır? Görəsən Şahzadə Harri buna necə baxır?

AZİNFORM.AZ oxucuları Meqan Marklın məşhur qolbağının hekayəsi ilə tanış edir.

Mücrü hər bir qadının zinət əşyalarını saxladığı xəzinə qutusu deyil, həm də içi sirlərlə dolu bir aləmdir, hər bir zinət əşyası öz tarixçəsi ilə aləmətdar olur. Bunu bir vaxtlar başqa bir məşhurla evli olan Kaliforniyalı aktrisa Meqan Marklın zinət əşyalarına da aid etmək olar.

Onun kolleksiyasındakı, bəlkə də ən çox tanınan zinət əşyası Fransanın "Cartier" brendinin ikonik "Love" adlı qolbağıdır. Hersoginya ondan bir saniyə belə ayrılmır. İstər moda çəkilişləri, istərsə də II Elizabetanın dəfni, yeni doğulmuş uşaqların xaç suyuna salınma mərasimlərində və ya digər tədbirlərdə qızıl qolbaq Meqanın əllərini bəzəyir. Lakin qolbaq Şahzadə Harrinin hədiyyəsi deyil, Neqanın kolleksiyasına onunla tanışlıqdan çox əvvəl daxil olub.

Sözügedən bəzək əşyası keçmiş əri Trevor Engelsonun hədiyyəsidir. Qeyd etmək lazımdır ki, dünyada bu zərgərlik nümunəsinin həsrətini çəkən milyonlarla qız var. Qolbağa dizaynı 1969-cu ildə italyan zərgər Aldo Cipullo verib. Üzərində yumru dekoru olan qolbaq, sadəcə biləyə taxılmır, bəzək əşyası bir-birinə miniatür tornavida ilə bərkidilir və hər qolbaqla birlikdə verilir. Bununla Aldo Cipullo o mesajı verib ki, sevgi və insan ürəyinə yüngül yanaşmaq olmaz.

Bilərziklərin nüsxələri ilk dəfə məşhur cütlük Elizabet Teylor və Riçard Burtona, sonra Eli Makqroy və Stiv Makkuiniyə təqdim olunub. Beləliklə, ulduzların sayəsində qolbağın şöhrəti bir az da artıb.

Meqan Marklın "Sevgi bilərziyi klubuna" qoşulmaq istəyi təəccüblü deyil. Trevor 2011-ci ildə - toylarından əvvəl nişanlısına dəyəri 6,300 dollar olan zinət əşyasını hədiyyə edib. Yeri gəlmişkən, qolbaq Meqanı həm toy mərasimlərində, həm də "Suits" serialının hər seriyasında müşayiət edib.

Mənbələr iddia edirlər ki, Sasseks hersoginyası hələ də bu zinət əşyalarını taxır, bir növ uğur simvoluna çevrilib.

Bilərzik onun həyatında yeni səhifə açdı, maliyyə çətinlikləri və uğursuzluqları geridə qaldı, Şahzadə ilə tanışlığına yol açan karyera yüksəlişinə nail oldu.

Xatırladaq ki, Meqan Markl və Hollivud prodüseri Trevor Engelson 2004-cü ildə tanış olublar. Münasibətləri rəsmiləşdirməzdən əvvəl 7 il birlikdə yaşayıblar. Toy mərasimi 2011-ci ildə Yamaykada baş tutub. Onda Meqanın 30, Trevorun isə 35 yaşı var idi. 100-dən çox qonağın iştirak etdiyi toy dörd gün davam edib.

Dostlarının fikrincə, Meqanla Trevor arasında münasibətlər aktrisanın məşhur olmasından sonra korlanmağa başlayıb.

Toydan qısa müddət sonra ərinin əlaqələri sayəsində o, "Suits" filmində rol aldı, lakin çəkilişlər Torontoda aparılırdı. Trevor isə Los-Ancelesdə tək qalmışdı. Bir müddət bir-birindən ayrı qalan cütlük başa düşür ki, daha bu münasibəti davam etdirmək istəmirlər və boşanmağa qərar verirlər. /publika.az/

AZİNFORM.AZ






up