Bakının Xətai rayonu ərazisində yerləşən “Bravo” Hipermarketində basqın etməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb, polisə silahlı müqavimət göstərən digəri isə öldürülüb.
AZİNFORM.AZ xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev yayıb.
DİN-nin məlumatına görə, şübhəli bilinən şəxslərdən biri, 2001-ci il təvəllüdlü Ruhlan İsmayılov Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənib.
O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına müqavimət göstərib.
Müqavimət göstərməsinə baxmayaraq, Ruhlan İsmayılovun zərərsizləşdirildiyi açıqlanıb.
Facebook
Вконтакте
Одноклассники
Google+