"Avtomatla polisə müqavimət göstərib, zərərsizləşdirilib"
4-03-2023, 23:20

Daxili İşlər Nazirliyi "Bravo"ya basqın edənləri yaxalayıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə nazirlik aşıqlama yayıb.

"Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri- 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki binaların birində gizlənməsi müəyyən edilib.

O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib.

Görülən tədbirlərlə o, zərərsizləşdirilib. Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək".





up