Rəşad Dağlıdan XƏBƏR VAR: Qərar bu tarixdə veriləcək - VİDEO
28-02-2023, 23:21

2022-ci ilin noyabrın 9-da qətl törətdiyi üçün həbs olunan meyxanaçı Rəşad Dağlı barəsində seçilmiş 4 aylıq həbs qətimkan tədbiri martın 9-da sona çatır.

Qaradağ Rayon Məhkəməsindən onun həbs müddətinin uzadılması ilə bağlı hər hansı müraciətin daxil olmadığı bildirilib.

Məlumata görə, R.Dağlının məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Baku TV-nin əməkdaşı meyxanaçının vəkili Bəhruz Xıdırovla əlaqə saxlasa da, o, məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

Daha ətraflı süjetdə:





up