Toy karvanında ağır qəza: bəy öldü - FOTO
15-02-2023, 17:45

Türkiyədə toy karvanında ağır yol qəzası baş verib.

AZİNFORM.AZ AZƏRTAC-a istinadən bildirir ki, Konyanın toy karvanında baş verən yol qəzasında bəy-gəlin avtomobilində olan bəy dünyasını dəyişib.

Avtomobildə olan gəlin də daxil olmaqla 3 nəfər isə yaralanıb.

Bəyin atası ilkin müdaxilədən sonra Konya Şəhər Xəstəxanasına köçürülüb, sürücü və gəlinin həyati təhlükəsinin olmadığı qeyd edilib.

Qəza ilə bağlı araşdırmalar davam edir.






up