DİGƏR XƏBƏRLƏR
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Türkiyədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 518 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
FHN-dən AZİNFORM.AZ-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.