DAĞINTILAR ALTINDAN UŞAQ CƏSƏDİ ÇIXARILDI - GÖRÜNTÜLƏR
11-02-2023, 21:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

AZİNFORM.AZ xəbər verir ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından uşaq cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər.





up