19 YAŞLI GƏNCİN DƏHŞƏTLİ GÖRÜNTÜSÜ: "ÖLMƏK İSTƏMİRƏM" - VİDEO
11-02-2023, 20:49

Hatayın Antakya rayonunda baş verən zəlzələdən 63 saat sonra dağılan 5 mərtəbəli mənzilin dağıntıları altından çıxarılan 19 yaşlı Gürkan Öztürk dağıntılar arasında cib telefonu ilə çəkdirdiyi görüntüləri, anları lentə alıb.

AZİNFORM.AZ xəbər verir ki, tələbə yaşadığı anları mobil telefonu ilə lentə alıb.  Dağıntılarla örtülmüş dar bir sahədə yalnız əli və qolunun göründüyü videoda Öztürkün ilk sözləri belədir: "Zəlzələdə yaxalandım. Allah kömək olsun, inşallah hər kəs yaxşıdır.  Gənc ölmək istəmirəm."

O, "gənc yaşında ölmək istəmədiyini" və daşla divara vuraraq xilasetmə qrupları ilə əlaqə saxladığını bildirib.


AZİNFORM.AZ



up