İt və pişikdən örnək ADDIM: Zəlzələdən sonra bir-birlərinə SARILDILAR - VİDEO
11-02-2023, 16:47

Türkiyədə baş verən ağır zəlzələ təkcə insanları deyil, heyvanları da çarəsiz hala salıb.

Belə ki, zəlzələdən sonra öz sahibini, yuvasını itirən heyvanlar çöldə bir-birlərini isitməyə çalışırlar. Elə, kadrlarda görəcəyiniz it və pişik kimi...

Hər zaman "mehriban düşmən" adlandırdığımız bu heyvanlar, fəlakət sonrası sözün həqiqi mənasında mehriban dost olmağı, bir-birlərinə qucaq açmağı bacarıblar. Bir növ, bu addımla hər kəsə örnək mesajı göndəriblər.

AZİNFORM.AZ bizim.media-ya istinadən bildirir ki, sözügedən görüntülər dünya mediasının da diqqətini çəkib.

Həmin görüntüləri təqdim edirik.





up