Türkiyənin zəlzələ bölgəsi olan Malatya şəhərində dağıntılar altında qaldığı deyilən 4 azərbaycanlı tələbə ilə bağlı hələ də məlumat yoxdur.
Bu barədə AZİNFORM.AZ-ın sorğusuna cavab olaraq Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.
Qeyd edilib ki, axtarışlar davam edir.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.