Haluk Levent dağıntılar altında qalan Ayselə səsləndi: "Şarjını qoru, yoldayıq" - FOTO
6-02-2023, 11:35

Türkiyədə dağıntılar altında qalan Aysel adlı bir qadın yardım üçün məşhur müğənni Haluk Leventə müraciət edib.

AZİNFORM.AZ Türkiyə KİV-ə istinadən xəbər verir ki, o şəxsi tvitter hesabından öz fotosunu çəkərək sənətçiyə göndərib.

Levent ona, "Telefonun şarjını çox sərf etmə! "Ahbap Hatay" xeyriyyə cəmiyyətimizlə yoldayıq!", - sözlərini yazıb.

Zəlzələ baş verən bölgəyə yollanan müğənnni ilzəyicilərini də həmin ərazilərə yardım göndərməyə çağırıb. /baku.ws/





up