45 narkoman donaraq öldü
17-01-2023, 22:32

Əfqanıstanın qərbindəki Herat əyalətində qış mövsümü başlayandan küçələrdə yaşayan 45 narkotik aludəçisinin donaraq öldüyü bildirilib.

Medianews.az bildirir ki, Herat Polis Departamentinin Narkotiklərlə Mübarizə Şöbəsinin direktoru Hayatullah Ruhani məsələ ilə bağlı mətbuata açıqlama verib.

“Soyuqdəymə başlayandan bəri 45 narkoman dünyasını dəyişib. Biz narkomanların toplanması prosesinə başlamışıq”, – Ruhani bildirib.

Müxtəlif əyalətlərdən gələn və Heratda yaşayan narkomanların da olduğunu bildirən Ruhani, son günlər təxminən 3500 narkomanın küçələrdən çıxarılaraq reabilitasiya mərkəzlərinə göndərildiyini qeyd edib.

Rəsmi məlumatlara görə, Herat vilayətində əksəriyyəti küçələrdə yaşayan 70 minə yaxın narkoman olduğu təxmin edilir.

Digər tərəfdən, son bir neçə gündə ölkə daxilində soyuq hava səbəbindən aralarında narkomanların da olduğu 24 nəfərin donaraq öldüyü açıqlanıb.

Əfqanıstanda iqtisadi böhran səbəbindən qışda odun və kömür ala bilməyən böyük bir aztəminatlı insan qrupu var.

Üstəlik, kənd yerlərində rəsmi uçotun aparılmaması da oxşar qurbanların sayının daha çox olması ehtimalını artırır.

Xüsusilə qış mövsümündə əlverişsiz hava şəraiti ilə əlaqədar yaranan nəqliyyat çətinlikləri humanitar təşkilatların ehtiyacı olan ailələrə yardım çatdırmasını çətinləşdirir. 





up