Körpə ana südü qəbul edərkən boğulub öldü
14-01-2023, 10:40

Bakıda körpə ana südü qəbul edərkən boğularaq ölüb.

AZİNFORM.AZ xəbər verir ki, hadisə yanvarın 13-də paytaxt ərazisində yerləşən 1 saylı Uşaq Reabilitasiya Mərkəzində qeydə alınıb.

Belə ki, Şəki rayon sakini, 2022-ci il təvəllüdlü M.Leylimov ana südü qəbul edərkən asfiksiyadan (boğulma) keçinib.

Faktla bağlı araşdırma aparılır. 





up