“Sədərək” ticarət mərkəzində 3 nəfər tüstüdən zəhərləndi - TƏBİB
8-01-2023, 22:13

“Sədərək” ticarət mərkəzində yanğın baş verməsi səbəbilə 1 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, iki nəfərə isə tüstüdən zəhərlənmə səbəbilə yerində yardım göstərilib.

Bu barədə AZİNFORM.AZ-a TƏBİB-dən bildirilib.

Qeyd edək ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 18:22 radələrində “Sədərək” ticarət mərkəzində yanğın olması ilə bağlı çağırış daxil olub.

Yanğın səbəbilə hadisə yerinə 4 təcili tibbi yardım briqadası cəlb olunub.





up