DİGƏR XƏBƏRLƏR
Türkiyədə sürücülərin yol verməmək mübahisəsi qanla bitib.
AZİNFORM.AZ xəbər verir ki, sözügedən hadisə Türkiyənin Adana şəhərində baş verib.
Davada tapança ilə öldürülən mikroavtobus sürücüsünün yük maşını sürücüsü ilə mübahisə edərək güllələndiyi anlar bir şəxsin mobil telefonunun kamerasına əks olunub. Qeydə alınan görüntülərdə onu vuran sürücünün “ölürəm” deyərək qaçdığı yer alıb.
Bədənindən güllə yarası alan mikroavtobus sürücüsü aparıldığı xəstəxanada dünyasını dəyişib.