GÖMRÜKDƏ DƏHŞƏT: "Poçtla göndərilmiş Hörümçək adam maskasında başı..." - FOTOLAR
3-01-2023, 00:46

Argentinadan ABŞ-a göndəriləcək qutuda Hörümçək-adam maskası taxmış uşağın başı kəsilmiş halda tapılıb.

AZİNFORM.AZ xəbər verir ki, ABŞ-a göndərilən qutudan çıxan uşağın başı dəhşət yaradıb.

Gömrükdə adi yoxlama zamanı baş verən dəhşətli hadisədə ABŞ-da məşhur bir qadına göndərilən qutuda kiçik uşağın başı tapılıb.

Yoxlama zamanı qutudan şübhələnən səlahiyyətlilər, uzun müddət əvvəl öldüyü güman edilən, doqquz ilə 12 yaş arasında olduğu güman edilən mumiyalanmış oğlanın başını aşkar ediblər.

Argentinanın səlahiyyətli orqanları qadının qutunun göndərilməsini istəyib-istəmədiyini, yoxsa onun xəbəri olmadan göndərildiyini araşdırır.

  • Hələlik polis paketi göndərən şəxsi tapmayıb.






up